
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) ətrafında yerləşən pizza mağazalarında Venesuela ilə bağlı gərginlikdən az əvvəl pizza sifarişləri kəskin şəkildə artıb.
Yeniavaz.com xarici KİV-lərə istinadən xəbər verir ki, ötən axşam Pentaqon yaxınlığında yerləşən bəzi pizza mağazalarında sifarişlərin sayı adi günlərdən qat-qat çox olub. Hətta bir restoranda sifarişlərin sayının 700 faizdən çox artdığı bildirilir.