Bakı. Trend:
BMT Təhlükəsizlik Şurasının 2026-cı ilin yanvar ayı üçün işplanı açıqlanıb.
Trend bubarədə BMT-nin rəsmi saytına istinadən xəbər verir.
Təhlükəsizlik Şurasının 2734 (2024) saylı, 10 iyun 2024-cü iltarixli qətnaməsinin 109-cu bəndinə əsasən, BMT-nin Baş katibi İŞİDvə Əl-Qaidə ilə bağlı beynəlxalq təhlükələrə dair stratejisəviyyəli hesabat təqdim etməlidir.
Hesabat aşağıdakı mövzuları əhatə edəcək:
- Xarici terrorçuların İŞİD və əlaqəli qruplara qoşulması, digərölkələrə hərəkəti və geri qayıtması;
- Bu təşkilatların maliyyələşmə mənbələri, o cümlədən neft,artefaktlar və digər təbii resursların qanunsuz ticarəti;
- Planlaşdırılan və həyata keçirilən terror aktları, eləcə də buqruplara göstərilən dəstək;
- BMT-nin üzv dövlətlərə göstərdiyi texniki və əməliyyat dəstəyivə onun effektivliyi.
Hesabat BMT-nin Terrorla Mübarizə İcra Direktorluğu (CTED),Monitorinq Qrupu, UNOCT və digər müvafiq qurumların iştirakı iləhazırlanacaq. Təhlükə qiymətləndirilməsinə dair təhlil MonitorinqQrupunun son yarımillik hesabatı ilə təqdim olunacaq.
Strateji hesabatın 2026-cı ilin yanvar ayının sonunadək təqdimolunması planlaşdırılır.