Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.
Venesuelada təhlükəsizlik və siyasi vəziyyətin gərginləşdiyi bir vaxtda ölkənin daxili işlər naziri Diosdado Kabello ictimaiyyətə müraciət edərək vətəndaşları sakitliyə çağırıb.
Musavat.com xəbər verir ki, nazir çıxışında insanları panikaya qapılmamağa, rəsmi rəhbərliyə güvənməyə və “düşmənə kömək etməməyə” səsləyib.
Kabellonun sözlərinə görə, hazırkı mərhələdə ən vacib məsələ daxili sabitliyin qorunması və dezinformasiyaya uymamaqdır. O, ölkə daxilində yayılan ziddiyyətli məlumatların vəziyyəti daha da gərginləşdirə biləcəyini vurğulayıb.
Rəsmi Karakas Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına təcili iclas çağırılması üçün müraciət edib. Bu addım Venesuela ətrafında yaranmış beynəlxalq gərginliyin artıq qlobal müstəviyə daşındığını göstərir və proseslərin BMT səviyyəsində müzakirəyə çıxarılmasına yönəlib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.