Baş məşqçi Elmar Baxşıyevlə yollarını ayıran “Araz Naxçıvan” klubunda bu gün iclas keçirilib.
İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik ukraynalı mütəxəssis Andrey Demçenkonun təyinatını təsdiqləyib. Rəsmi açıqlama yaxın günlərdə veriləcək.
Komandanı mövsümün ikinci yarısında ukraynalı məşqçi çalışdıracaq. Artıq onun köməkçilərindən biri də məlumdur. Bu, Vadar Nuriyevdir.
Xatırladaq ki, Demçenka karyerasını ərzində “İmeks”, “Metallurq” (Zaporojye), “Obod” (Özbəkistan), “Veres”, “Lvov”, “Metallist 1925” və “Bukovina”nın, həmçinin Gürcüstanda “Dila” və “Dinamo Batumi”də çalışıb.
O, Batumi klubunu ölkə çempionu etməyi bacarıb.