
Ukrayna hüquq-mühafizə orqanları Avropa Birliyi ölkələrindən kokain tədarük etməyə çalışan beynəlxalq cinayətkar şəbəkənin fəaliyyətini dayandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RBC-Ukraine” Dövlət Təhqiqat Bürosuna istinadən məlumat yayıb.
Məlumata görə, Ukrayna, Ermənistan, Çexiya və Almaniya vətəndaşlarından ibarət transmilli qrup narkotiklərin çoxsəviyyəli logistika vasitəsilə daşınmasını planlaşdırıb. Əvvəlcə kokain az miqdarda kuryerlər vasitəsilə daşınıb, daha sonra isə Odessa limanı üzərindən konteyner daşımalarına keçid müzakirə edilib. Hər bir partiyanın qara bazar dəyərinin 200 min dolları keçdiyi bildirilir.