AZ

Yanacağı mənimsəyən şəxslərlə bağlı yeni məlumat - Baş Prokurorluğa ADY tərəfindən müraciət edilib

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin 2 il öncə həyata keçirdiyinəzarət tədbirləri öz nəticəsini verib. Belə ki, ADY-nin vaxtiləmövcud olmuş struktur bölməsi – Yanacaq və enerji resurslarınınidarə edilməsi departamentinin İmişli təminat məntəqəsinin rəisiEldəniz Sadıqov və Qatarların idarə edilməsi xidmətinin İmişlimagistral lokomotivlərin idarə edilməsi sahəsinin maşinisttəlimatçısı Famil Soltanovun əlbir olaraq lokomotivlərinhərəkətinin təmin edilməsi üçün ADY tərəfindən ayrılmış yanacaq vəyağı mənimsədikləri aşkar edilib.

Trend xəbər verir ki, bubarədə ADY məlumat yayıb.

ADY törədilmiş qanunsuz əməl barədə tədbirlər görülməsi üçün BaşProkurorluğa müraciət etmiş və müraciətə əsasən Baş prokuroryanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqaparılıb.

Müəyyən edilmişdir ki, E.Sadıqov və F.Soltanov 15 yanvar 2022-ciil – 06 iyun 2023-cü il tarixləri aralığında marşrut vərəqələrinəfaktiki olaraq həyata keçirilməmiş marşrutlar qeyd edərək təminatməntəqəsindən yanacaq və yağı götürməklə mənimsəmiş, bununla daADY-yə külli miqdarda ziyan vurmuşlar. Lənkəran Ağır CinayətlərMəhkəməsinin hökmü ilə hər iki şəxs həbs edilib.

Qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edərəkmənimsəmə hallarına yol verilməməsi, bu cür halların aşkar edilməsivə qarşısının alınması məqsədilə son illərdə ADY tərəfindən nəzarəttədbirləri gücləndirilib.

Həmçinin görülən mühafizə tədbirləri nəticəsində kənar şəxslərtərəfindən ADY-yə aid sahələrdə oğurluq və oğurluğa cəhd hadisələri3 dəfə azalıb. Belə ki, 2023-cü ildə 120, 2024-cü ildə 87, 2025-ciildə isə 40 belə hadisə qeydə alınıb, bu hadisələrin 2023-cü il və2025-ci il üzrə ümumilikdə 50 faizinin, 2024-cü ildə isə 70faizinin qarşısı vaxtında alınıb.

ADY bu cür qanunsuz hallarla mübarizə tədbirlərini gücləndirməyədavam edəcək.

Seçilən
173
45
az.trend.az

10Mənbələr