AZ

ABŞ “gücün qanunu” ilə hərəkət etdi və “Monro” ifşa oldu

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaşinqton “gücün qanunu” ilə hərəkət edərək, “qanunun gücü”nü pozdu və Monro doktrinasını ifşa etdi.

Axar.az xəbər verir ki, bu sözləri RLDP sədri və Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski ABŞ-ın Venesuelaya zərbələr endirməsi və Prezident Nikolas Maduronun əsir götürülməsini şərh edərkən bildirib.

Qeyd edək ki, Monro doktrinası 1823-cü ildə ABŞ Prezidenti Ceyms Monro tərəfindən elan edilmiş, Qərb yarımkürəsini Avropa müstəmləkəçiliyindən qorumağı məqsəd qoymuş, ABŞ-ın Avropa işlərinə qarışmayacağı və Avropanın Amerika qitələrinin daxili işlərinə müdaxilə etməməli olduğu prinsipini əks etdirən ABŞ xarici siyasətinin əsasını təşkil edən doktrinadır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
axar.az

1Mənbələr