AZ

ATU nun dosenti: Azərbaycanlılar kiloqramlarla palma yağı yeyir

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə ölkədə palma yağının həddindən artıq istehlak edildiyi barədə həyəcanverici açıqlama verib.

Gununsesi.info-nun məlumatına görə, dosent bildirib ki, statistikaya əsasən, 2025-ci ilin ilk 10 ayında Azərbaycana orta hesabla kiloqramı 1,38 dollar (2,35 manat) olmaqla 42 milyon 465 min 690 ton palma yağı idxal edilib.

Onun sözlərinə görə, bu yağlar digər yağlarla qarışdırılaraq əhaliyə 15–40 manat qiymətə kərə yağı adı altında satılır və məhsulların etiketlərində palma yağı olduğu göstərilmir. Bu səbəbdən hər bir Azərbaycan vətəndaşı ildə 5 kiloqramdan çox palma yağı istehlak etməyə məcbur qalır.

Dosent qeyd edib ki, palma yağının, xüsusən də termik emaldan sonra həddindən artıq istifadəsi insan sağlamlığı üçün zərərlidir.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
132
icma.az

1Mənbələr