AZ

Paytaxtda iş adamı güllələndi: Şübhəli əvvəllər Türkiyədə ittiham edilmiş ortağıdır

Yeni il gecəsi Tbilisinin mərkəzində qətl hadisəsi baş verib.

Publika.az xəbər verir ki, 50 yaşlı iş adamı 31 dekabr axşamı Mziuri Parkının yaxınlığında avtomobilində güllələnərək öldürülmüş vəziyyətdə tapılıb.

Bu barədə “Novosti-Qruziya” agentliyi məlumat yayıb.

Bir neçə saat sonra 57 yaşlı Malxaz Baqaturiya təqsirləndirilən şəxs qismində həbs edilib. O, Gürcüstan paytaxtından təxminən 250 km aralıda yerləşən Abaşa bələdiyyəsində saxlanılıb.

Axtarış zamanı şübhəlinin üzərindən qeydiyyatsız odlu silah və 25 metadon həbi tapılıb.

Seçilən
79
publika.az

1Mənbələr