ain.az bildirir, Cebheinfo portalına istinadən.
Yanvarın 3-də Avropa ölkələrinin milli təhlükəsizlik müşavirləri Kiyevə gəliblər.
"Cebheinfo.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov “Telegram” kanalında məlumat verib.
Səfərə Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Latviya, Estoniya, Litva, Polşa, Finlandiya, Kanada, Hollandiya, İsveç, Norveç və Danimarkadan nümayəndələri gəlib. Danışıqlara NATO, Avropa Şurası və Avropa Komissiyasının nümayəndələri də qatılıb.
“Qarşıda gərgin iş günüdür. Tərəflər təhlükəsizlik və iqtisadi məsələləri müzakirə edəcək, çərçivə sənədləri üzərində işləyəcək, Ukraynanın növbəti addımlarının beynəlxalq tərəfdaşlarla əlaqələndirilməsini müzakirə edəcək”-, deyə Umerov bildirib.
"Cebheinfo.az"


Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.