AZ

Premyer Liqa klubunda ayrılıq - Sabiq milli üzvü ölkə xaricinə aparılmadı

"Sumqayıt" bu gün qış təlim-məşq toplanışı üçün Türkiyəyə gedib.

Qardaş ölkəyə yollanan geniş heyətdə Rauf Rüstəmli yer almayıb.

Yarımmüdafiəçinin kollektivdən kənarda qalması səbəbsiz deyil.

O, mövsümün ikinci yarısını "Kimyaçılar"da keçirməyəcək.

Onun xidmətində bir neçə digər Premyer Liqa təmsilçisi maraqlıdır. Hazırda bu yöndə danışıqlar gedir.

'Gənclik şəhəri" müqavilə ilə "Sabah"a məxsus orta sahə oyunçusunu mövsümün əvvəlində 1 illik icarəyə götürmüşdü.

"Qəbələ"nin yetirməsi karyerası boyunca "Sabah" və "Şamaxı"nın uğurları üçün çalışıb.

21 yaşlı yarımmüdafiəçi U-17, U-19, U-21 və "A" milli komandalarımızın da şərəfini qoruyub.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
60
sportinfo.az

1Mənbələr