AZ

Almaniyada fişəng qadağası müzakirə olunur

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Almaniyada Polis Həmkarlar İttifaqının (GdP) Berlin şöbəsinin fişəng istifadəsinin qadağan olunması üçün başladığı imza kampaniyasına üç milyondan çox insan dəstək verib.

"Cebheinfo.az" xəbər verir ki, son bir neçə gün ərzində kampaniyaya 700 mindən çox yeni imza əlavə olunub.

Berlin polisi yeni il gecəsinin ölkə üzrə gərgin keçdiyini bildirərək bəzi bölgələrdə polis və xilasedici qruplara fişənglərlə hücum edildiyini, Bielefeld şəhərində iki nəfərin özlərinin hazırladığı fişənglərin partlaması nəticəsində həyatını itirdiyini və çox sayda insanın ağır xəsarətlərlə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Alman Ətraf Mühit Yardım Təşkilatı və digər qurumlar Daxili şlər naziri Aleksandr Dobrindtə təxminən 970 min imzalı bir ərizə təqdim edəcək.

Ərizədə yeni il gecəsi baş verən ölümlər və minlərlə ağır xəsarət hadisəsi vurğulanaraq, fişənglərin şəxsi şəxslər tərəfindən alınması və istifadəsinin daimi olaraq qadağan olunması tələb olunur.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
96
1
cebheinfo.az

2Mənbələr