AZ

Hərbi və xüsusi rütbəli şəxslərin pensiya təyinatı ilə bağlı qaydalarda dəyişiklik edilib

Bakı. Trend:

“Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara,müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxiliişlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergiorqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onlarınailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmətvaxtının hesablanması qaydası haqqında” Nazirlər KabinetininQərarında dəyişiklik edilib.

Trend-inməlumatına görə, Baş nazir Əli Əsədovun bununla bağlı müvafiqQərarı 2026-cı il yanvarın 1-dən qüvvəyə minib.

Qərara əsasən, həqiqi hərbi xidmətdə (qulluqda) olmanın son yaşhəddinə çatmasına, xəstəliyinə və ya ştatların ixtisarına görəhərbi xidmətdən buraxılan hərbi qulluqçulara (hərbi rütbələrdənməhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidməthərbi qulluqçuları istisna olmaqla) və ədliyyə orqanlarının rəis vəsıravi heyətinə mənsub şəxslərə beş aylıq vəzifə və rütbə maaşıhəcmində işdənçıxarma müavinəti ödəniləcək.

Məhkəmənin qərarı ilə xidmətdən buraxılanlar istisna olmaqla,hərbi xidmətdən başqa əsaslara görə buraxılmış hərbi qulluqçularavə ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə ikiaylıq vəzifə və rütbə maaşı həcmində işdənçıxarma müavinətiödəniləcək.

Pensiya hüququ olmadan xidmətdən buraxılan, təqvimi xidmətmüddəti dörd ildən az olan gizirlərə, miçmanlara, müddətdən artıqhəqiqi hərbi xidmət hərbi qulluqçularına və ədliyyə orqanlarınınkiçik rəis və sıravi heyətinə mənsub şəxslərə bir aylıq vəzifə vərütbə maaşının 50 faizi həcmində, təqvimi dörd il və daha artıqxidmət edənlərə dörd il xidmətə görə bir aylıq vəzifə və rütbəmaaşı və dörd ildən artıq xidmətin hər tam təqvim ili üçün əlavəolaraq bir aylıq vəzifə və rütbə maaşının 20 faizi həcmində, lakinümumi məbləği iki aylıq vəzifə və rütbə maaşından çox olmamaqlaişdənçıxarma müavinəti ödəniləcək.

Həmçinin, işdənçıxarma müavinəti hərbi qulluqçulara və ədliyyəorqanlarının orta, böyük və ali rəis heyətinə mənsub şəxslərəaxırıncı vəzifəsi, hərbi və ya xüsusi rütbə üzrə maaşlardan,ədliyyə orqanlarının kiçik rəis və sıravi heyətinə mənsub şəxslərəaxırıncı vəzifəsi üzrə verilən maaşdan hesablanacaq.

Gizirlərin, miçmanların, müddətdən artıq həqiqi hərbi xidməthərbi qulluqçularının, ədliyyə orqanlarının kiçik rəis və sıraviheyətinə mənsub şəxslərin xidmət müddətində fasilələr olduğu halda,onlara işdənçıxarma müavinəti yalnız sonuncu xidmət müddəti nəzərəalınmaqla veriləcək.

Bununla yanaşı, pensiya hüququ olmadan həqiqi hərbi xidmətdə vəya ehtiyatda olmanın son yaş həddinə çatmasına, xəstəliyinə və yaştat ixtisarına görə həqiqi hərbi xidmətdən buraxılan hərbiqulluqçulara işdənçıxarma müavinətinin hərbi rütbə üzrə verilməsihərbi xidmətdən buraxıldığı gündən etibarən bir il ərzində davamedəcək.

Hərbi və xüsusi rütbə nəzərdə tutulmayan digər dövlətorqanlarında (qurumlarında), müəssisə və təşkilatlarda işləyən, işyeri və orta aylıq əməkhaqqı saxlanılan səfərbərlik üzrə hərbixidmətə (toplanışa) çağırılmış hərbi qulluqçulara və ədliyyəorqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə, habeləmüddətli həqiqi hərbi xidmətdən birbaşa zabit hərbi rütbəsiverilməklə buraxılmış şəxslərə işdənçıxarma müavinətiverilməyəcək.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin sözügedənQərarının bundan əvvəl qüvvədə olan variantında daxiliişlər və ədliyyə orqanları bərabər tutulurdu. Belə ki,yuxarıdakı bəndlərdə ədliyyə orqanlarına aid edilənlərdaxili işlər orqanlarına da şamil olunurdu. Lakinyeni Qərarla “daxili işlər” sözü yuxarıdakımaddələrdən çıxarılıb.

Seçilən
117
50
az.trend.az

10Mənbələr