AZ

ABŞ-ın hava zərbələri nəticəsində Venesuela müdafiə naziri ölməsi xəbəri yalan çıxıb - VİDEO

ABŞ-ın hava zərbələri nəticəsində Venesuelanın müdafiə naziri Padrine Lopesin ölməsi xəbərinin yalan olduğu üzə çıxıb.

APA xarici KİV-ə istinadən xəbər verir ki, Padrine Lopes videomüraciət yayaraq, təslim olmayacaqlarını, qələbə qazanacaqlarını bildirib.

“Biz danışıqlara getməyəcəyik, təslim olmayacağıq və nəhayət qələbə çalacağıq”, - deyə o vurğulayıb.

Həmçinin, Venesuelanın vitse-prezidenti Delsi Rodriqesin də hava zərbələrdən sonra sağ qaldığı açıqlanıb.

Onun prezidentin səlahiyyətlərini icra edəcəyi bildirilir.

Qeyd edək ki. ABŞ Prezidenti Donald Tramp xüsusi əməliyyatla Venesuela lideri Nikolas Maduronun həyat yoldaşı ilə birgə ələ keçirilərək, ölkədən çıxarıldığı barədə açıqlama verib.

***

13.04

ABŞ-ın hava zərbələri nəticəsində Venesuelanın müdafiə naziri Padrine Lopesin ölməsi barədə məlumatlar yayılıb.

APA xəbər verir ki, bu barədə RİA Novosti yerli mediaya istinadən xəbər yayıb.

Müdafiə nazirinin iqamətgahına zərbələr endirilməsi barədə bundan əvvəl məlumatlar yayılmışdı. Padrine Lopesin ölməsi xəbəri hələlik rəsmi təsdiqlənməyib.

Zərbələrdən sonra Venesuela Prezidenti Nikolas Maduronun harada olduğu da hələlik bilinmir.

Paytaxt sakinləri isə Karakası kütləvi tərk edir. Paytaxtın çıxışında uzun tıxac müşahidə olunur.

Seçilən
167
48
apa.az

10Mənbələr