AZ

“Fənərbağça”dan sürpriz transfer: Lukman Türkiyəyə gəlir

BAKI, 3 yanvar. TELEQRAF

İtaliya təmsilçisi “Atalanta”nın nigeriyalı futbolçusu Ademola Lukman karyerasını Türkiyədə davam etdirə bilər.

Teleqraf xəbər verir ki,“Fənərbağça” 28 yaşlı hücumçunun transferi ilə bağlı A Seriyası təmsiçisi ilə danışıqlara artıq başlayıb.

Hazırda Lukman Nigeriya millisinin düşərgəsindədir. Komanda yanvarın 5-də Afrika Millətlər Kubokunun 1/8 final mərhələsində Mozambiklə qarşılaşacaq.

Onun hazırkı bazar qiyməti Transfermarkt portalına görə 35 milyon avrodur.

Qeyd edək ki, Ademola Lukman 2022-ci ilin yayında “Leypsiq”dən “Napoli”yə 10,85 milyon avroya transfer olunub.

Seçilən
122
4
teleqraf.com

5Mənbələr