Türkiyənin “Qatalasaray” klubu qışda heyətini gücləndirmək üçün oyunçu axtarır və diqqətini “İnter”in oyunçusu Hakan Çalhanoğluna yönəldib.
Publika.az xəbər verir ki, bu barədə “cinter1908.it.” məlumat yayıb.
Mənbə həmçinin Çalhanoğlunun özünün uzun illər Almaniya Bundesliqasında və İtaliya A Seriyasında oynadıqdan sonra doğma Türkiyəyə qayıtmağa hazır olduğunu da açıqlayıb. Oyunçunun müqaviləsi 2027-ci ildə bitir, lakin Hakan “İnter” rəhbərliyini onu heç bir problem olmadan buraxmağa razı sala bilib.