“Sumqayıt”da icarə əsasında çıxış edən Rauf Rüstəmli komandadan ayrılıb.
İdmanxeber.az-a verilən məlumata görə, oyunçu öz istəyi ilə “kimyaçılar”dan gedib. Onun yeni komandası artıq bəllidir.
Rüstəmli mövsümün sonuna qədər “Karvan-Yevlax”da çıxış edəcək. O, artıq klubun bazasındadır.
Xatırladaq ki, futbolçu müqavilə ilə “Sabah”a məxsusdur.
Həsən Quluzadə