ain.az, Azvision saytına istinadən bildirir.
Venesuela mətbuatının yaydığı məlumata əsasən, aviazərbə nazirin paytaxt Karakas şəhərindəki iqamətgahına tuşlanıb. Hərçənd bu iddianın hələlik rəsmi təsdiq yoxdur. Eyni zamanda, Venesuelanın sabiq (2002-2013) prezidenti Uqo Çavesin məqbərəsinə də zərbə endirildiyi bildirilir. Hazırda ABŞ-nin hücumu fonunda Karakas sakinləri şəhərən çıxmağa çalışırlar. Bu səbəbdən paytaxtın çıxış yollarında kilometrlərlə uzunluqda tıxaclar meydana gəlib. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir neçə gün qabaq Venesuelaya hücumu təsdiqləyib. O, hərbi obyektlər və başqa hədəflərə aviazərbə endirilməsi əmrini verib. Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.