AZ

"SOCAR Polymer" ixracatını 243 milyon dollara çatdırıb

Bu ilin yanvar-noyabr aylarında "SOCAR Polymer" MMC xaricə 242,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 milyon dollar və ya 4,3% artım deməkdir.

Ötən ilin müvafiq dövründə şirkətin ixracatı 232,7 milyon dollar təşkil etmişdi.


Seçilən
51
fed.az

1Mənbələr