AZ

Zərbələrdən sonra Venesueladan İLK AÇIQLAMA

ain.az bildirir, Cebheinfo portalına istinadən.

ABŞ-nin zərbələrinin ardından Venesueladan ilk açıqlama gəlib.

"Cebheinfo.az" xəbər verir ki, bu ölkənin xarici işlər naziri Yvan Eduardo Gil Pinto açıqlama verib.

O, ABŞ-nin məqsədinin Venesuelanın təbii sərvətlərini ələ keçirmək olduğunu deyib:

"Bu hücumlar Birləşmiş Millətlər Təşkilatının (BMT) konvensiyalarının açıq şəkildə pozulmasıdır və beynəlxalq sülh və sabitliyi təhdid edir. ABŞ-nin məqsədi neft və mineral ehtiyatlarımızı ələ keçirməkdir.

Bu hazırkı hücum Amerika imperializminin təcavüz aktıdır. Biz silahlı münaqişəyə doğru irəliləyirik. Bütün müdafiə qüvvələri dərhal ölkə daxilində yerləşdiriləcək". 

Xatırladaq ki, ABŞ Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. İlkin məlumatlara görə, Forte Tiuna və Fransisko de Miranda aviabazalarına hücum olunub. Zərbələrdə "RGM-109E" və "AGM-86D" qanadlı raketlərindən istifadə edilib. 

Elmir Mustafa

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
103
1
cebheinfo.az

2Mənbələr