AZ

Bakıda təcili yardım maşını ilə motosikletin toqquşduğu yerdən VİDEO

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ölkə.Az-a verilən məlumata görə, Nəsimi rayonu ərazisində təcili tibbi yardım maşını ilə motosiklet toqquşub.

Hadisə dünən gecə saatlarında Azər Əliyev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində qeydə alınıb.

Hadisə nəticəsində motosiklet sürücüsünün ağır xəsarət aldığı söylənilir.

Kadrlarda iki kaska, nəqliyyat vasitəsindən ayrılan hissələr, düşən nömrə nişanı və xəsarəti göstərən izlər yer alıb.

Faktla bağlı araşdırılma aparılır.

Qeyd edək ki, çatdırılma xidmətində çalışan motosikleti idarə edən şəxs hadisə yerində həyatını itirib. Eyni zamanda təcili tibbi yardım avtomobilinin sürücüsü də ağır xəsarətlər alıb.

Seçilən
96
50
olke.az

10Mənbələr