Bugün mərhum aktyor Azər Baxşəliyevin vəfatından bir il ötür.
BAKU.WS xəbər verir ki, aktyorun ən yaxın dostlarından biri olan İlkin Həsəni onun vəfatı ilə bağlı sosial şəbəkədə paylaşım edib.
O Azərlə olan arxiv görüntülərini paylaşaraq onu heç vaxt unutmayacağını qeyd edib:
"Bir il oldu... Zamanın ölçüsü dəyişdi sanki. Günlər keçdi, fəsillər dəyişdi, amma bəzi səslər olduğu yerdə qaldı. Gülüşün və bir cümləni yarımçıq qoyub baxışınla tamamladığın anlar, arxiv videolarda donub qalan saniyələr ağır gəlir. Çünki bilirsən ki, o anlar geri qayıtmır. Amma itib də getmir. Bir il əvvəl həyat bir "pausa" düyməsinə basdı, sonra yenidən davam etdi. Amma ritmi tamam başqa cür idi. Hamı "zaman hər şeyi sağaldır" dedi. Zaman sağaltmadı, öyrətdi. Sən bizim yaddaşımızda həmişə eyni qalacaqsan: olduğun kimi, səsinlə, baxışınla, zarafatlarınla. Biz buradayıq, səsninlə bağlı hekayələri danışmağa davam edirik. Bir il oldu, sənin yoxluğunla yaşamağı bacardıq, amma alışmadıq. Darıxırıq, darıxacayıq".
Xatırladaq ki, aktyor Azər Baxşəliyev ötən ilin yanvarında vəfat edib.
Ətraflı videoda
: