AZ

“Neftçi” Beskorovaynı və Topalova təklif göndərib?

style='margin-bottom:10px;'>

Qış fasiləsində “Neftçi”nin heyətini yeni transferlərlə gücləndirib-gücləndirməyəcəyi müzakirə mövzusudur.

QOL.az-ın futbolxeber.az-a istinadən saytının məlumatına görə, Ukrayna mətbuatı “ağ-qaralar”ın iki futbolçu ilə maraqlandığını yazıb. İddiaya görə, paytaxt təmsilçisi “Polesye” klubunun müdafiəçisi Danilo Beskorovaynı və “Şaxtyor”un yarımmüdafiəçisi Dmitri Topalovla maraqlanır. Hətta “Neftçi”nin 27 yaşlı Topalova ilkin olaraq 6 aylıq müqavilə təklif etdiyi də bildirilib. Lakin bu deyilənlər həqiqəti əks etdirmir.

Əldə edilən məlumata görə, “ağ-qaralar” Beskorovaynı və Topalovla maraqlanmır. Bu futbolçulara hər hansı bir təklif göndərilməyib. Yazılanlar yalnız Ukrayna mətbuatının ehtimalıdır. Reallıqda isə "Neftçi" adıçəkilən futbolçulara maraq göstərmir. 

Seçilən
89
teleqraf.com

1Mənbələr