AZ

ABŞ öz vətəndaşlarını Venesuelaya səfər etməməyə çağırıb

Bakı. Trend:

ABŞ öz vətəndaşlarını Venesuelaya səfər etməməyə çağırıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ABŞ-nin Venesuela üzrədiplomatik missiyasının bəyanatında deyilir.

“Yüksək qanunsuz saxlanılma riski, həbs yerlərində işgəncələr,terrorizm, adam oğurluğu, yerli qanunların özbaşına tətbiqi,cinayətkarlıq, vətəndaş iğtişaşları və səhiyyə infrastrukturununzəif inkişafı səbəbindən Venesuelaya səfər etməyin və oradaqalmayın”, – müraciətdə deyilir.

Qeyd edək ki, yanvarın 3-də Karakas şəhərində silsiləpartlayışlar baş verib. Yerli sakinlər şəhər üzərindən ABŞ-yəməxsus hərbi təyyarələrin və helikopterlərin uçduğunu iddia edir.Vaşinqton hələlik hadisə ilə bağlı rəsmi bəyanat yaymayıb.Venesuela prezidenti Nikolas Maduro yaranmış vəziyyətlə əlaqədarölkədə fövqəladə vəziyyət elan edib.

Məqalədə:
Seçilən
87
1
az.trend.az

2Mənbələr