ain.az bildirir, Cebheinfo portalına istinadən.
ABŞ-nin "Green Card" lotereyasında iştirak etmək istəyənlərin sayı son on ildə iki dəfədən çox artıb.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Xəbərə görə, 2015-ci maliyyə ilində lotereya üçün təxminən 9.4 milyon müraciət qeydə alındığı halda, 2025-ci ildə bu göstərici 21 milyona yaxınlaşıb.
Amma bu müddət ərzində qaliblərin sayı, demək olar, dəyişməz qalıb. Belə ki, 10 il əvvəl 131 060 nəfər, ən son tirajda isə 125 514 nəfər lotereya üzrə Amerikada yaşamaq hüququ qazanıb.
Lotereyada udmaq avtomatik olaraq ABŞ-də daimi yaşayış üçün icazə vermir. Seçilmiş iştirakçılar yalnız müəyyən edilmiş illik kvota çərçivəsində immiqrasiya vizası üçün müraciət etmək hüququna malik olurlar, bu, təxminən 55 min vizanı əhatə edir. Habelə, ABŞ qanunlarına edilən son dəyişikliklərə görə, 2026-cı ildə mövcud vizanın faktiki sayı təxminən 51 850-yə qədər azaldılacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.