AZ

ABŞ Venesuelanı vurdu! Çin və Rusiyaya yaşıl işıq: Qobal gərginlik artacaq...

Məlum olduğu kimi, bu günlərdə ABŞ Venesuelaya zərbələr endirir. Son məlumatlara görə, hücumlar zamanı Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes Karakasdakı evinə ABŞ-ın endirdiyi hava zərbəsi nəticəsində həlak olub. Ekspertlər hesab edir ki, Ağ Evin bu addımı digər münaqişə zonalarındakı vəziyyəti gərginləşdirəcək. Xüsusən də Rusiyanın işğalçılıq siyasətinə yaşıl işıq yandırmış olacaq. 
Sitat.info-nun xəbərinə görə, politoloq Məhəmməd Əsədullazadə də baş verənləri dəyərləndirərək bildirib ki, ABŞ-ın Venesuelaya hücumu Rusiya prezidenti Vladimir Putinin maraqlarına cavab verir. 

"ABŞ prezidenti Donald Tramp Putini ona görə dəstəkləyir ki, eyni siyasi düşüncəyə malikdir. O,  Putinin Ukraynaya qarşı işğalına bir növ dəstək verir. D. Trampın Venesuelaya qarşı hərbi əməliyyatlara əmr verdiyi və paytaxtın bombalanması xəbərləri gəlir. Tramp və Putin Ankoricdə razılaşma əldə edib. Putin dəfələrlə Ankoricdə razılaşma əldə edildiyini vurğulayır. Həmin görüşdə Donbasın Rusiya tam verilməsi və digər işğal olunmuş ərazilərin ABŞ tərəfindən Rusiya ərazisi kimi tanınması razılaşdırılıb” - deyə politoloq vurğulayıb. 

Məhəmməd Əsədullazadə qeyd edib ki, Putin, Ukraynada "xüsusi əməliyyat" adı altında işğal müharibəsi aparır, Tramp da Venesuelada "narkokartellere qarşı" əməliyyat adı altında bir ölkəni işğal edir: "Baş verənlər  Putinin maraqlarına xidmət edir. Özünü sülh adamı elan edən Tramp bir ölkənin suverenliyinə qarşı hərbi əməliyyatlar keçirir. Azərbaycan və Ermənistanın adını düzgün tələffüz etməyən, xəritədə bu ölkələrin harada olduğunu bilməyən Tramp deyir ki, müharibəni mən bitirdim. Trampın hansı müharibəni bitirdiyini axtarıb tapa bilmirəm. Venesuelaya hücum birbaşa Rusiya və Çinin geosiyasi maraqlarını artıracaq. ABŞ yaxın tarixdə Əfqanıstan və  İraqa hərbi müdaxiləsi bu ölkələrə sülh gətirmədi. Venesuelaya hücum da ABŞ üçün uğurlu olmayacaq". 

Tehran,

Sitat.info 

Seçilən
44
5
sitat.info

5Mənbələr