AZ

Bu qurumlar azad edilən ərazilərdə bərk məişət tullantılarının yığılmasını həyata keçirəcək

Bakı. Trend:

Prezident İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdətullantılarla bağlı idarəetmənin təkmilləşdirilməsi və bununlaəlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarındavə sərəncamlarında dəyişiklik edilməsi haqqında” Fərmanı2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.

Trend-inməlumatına görə, Fərman tullantıların idarə edilməsi sistemininmüasir tələblərə uyğun inkişafının təmin edilməsi və bu fəaliyyətinişğaldan azad olunmuş ərazilərdə sistemli həyata keçirilməsiməqsədilə imzalanıb.

Belə ki, işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərkməişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantılarınyığılması və daşınması aşağıdakı publik hüquqi şəxslər tərəfindənhəyata keçiriləcək:

  • Şuşa şəhəri və Şuşa rayonu üzrə – Şuşa Şəhəri Dövlət Qoruğuİdarəsi;
  • Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə – Cəbrayıl,Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetməXidməti;
  • Ağdam, Füzuli və Xocavənd rayonları üzrə – Ağdam, Füzuli vəXocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetməXidməti;
  • Laçın rayonu üzrə – Laçın rayonunda Bərpa, Tikinti vəİdarəetmə Xidməti;
  • Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə – Xankəndişəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti vəİdarəetmə Xidməti;
  • Kəlbəcər rayonu üzrə – Kəlbəcər rayonunda Bərpa, Tikinti vəİdarəetmə Xidməti.

“Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinin işğaldan azad edilmişərazilərdə əmələ gələn bərk məişət tullantılarının, habelə digərtəhlükəsiz bərk tullantıların yığılması və daşınması ilə bağlıbütün əmlakı müvafiq olaraq yuxarıda qeyd olunan publik hüquqişəxslərin balansına verilib.

Seçilən
40
1
az.trend.az

2Mənbələr