AZ

Qumda terror törətmək istəyən şəxs özünü partlatdı

İranın Qum əyalətində davam edən etirazlar və iğtişaşlar fonunda planlaşdırılan terror aktı cəhdi təxribatçının özünün məhvi ilə nəticələnib.

Oxu.Az-ın İran KİV-ə istinadən xəbər verir ki, bu barədə əyalət qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini Mortaza Heydari açıqlama verib.

Məlumatda qeyd edilib ki, terrorçu qruplaşmalarla əlaqəli olan silahlılardan biri mülki əhaliyə qarşı qumbara ilə hücum planlaşdırıbmış. Lakin partlayıcı qurğu vaxtından əvvəl hücumçunun əlində işə düşüb. Partlayış nəticəsində o, yerindəcə ölüb.

"Cebheinfo.az"

Seçilən
34
cebheinfo.az

1Mənbələr