Meksikanın cənubunda yerləşən Gerrero ştatında 6,5 bal gücündə zəlzələ baş verib.
"Cebheinfo.az" xəbər verir ki, Meksikanın Milli Seysmologiya Agentliyinin məlumatına görə, zəlzələnin episentri Gerrero ştatının San Markos qəsəbəsi yaxınlığında qeydə alınıb.
Zəlzələ zamanı Meksika Prezidenti Klaudiya Şeinbaumun mətbuat konfransını yarımçıq kəsməyə məcbur qaldığı bildirilib.
Milli Seysmologiya Xidmətinin məlumatına əsasən, 540-dan çox afterşokun qeydə alındığı bu zəlzələdə iki nəfər həyatını itirib. Onlardan biri paytaxtda ürək tutmasından, digəri isə zəlzələnin episentri olan Gerrero ştatında bir binanın uçması nəticəsində dünyasını dəyişib.