AzVision.az “Deutsche Welle (DW)” nəşrinə istinadən xəbər verir ki, yerli polisin məlumatına görə, dekabrın 30-da iş günü ərzində Halle şəhərindəki bank filialında dörd seyf qutusu sındırılıb. Dəymiş ziyanın həcmi hələ müəyyən edilməyib. Oğruların anbara necə girmələri də aydın deyil. Polis sındırılmış qutuların sahibləri ilə əlaqə saxlayıb və hadisənin şahidi ola biləcək hər kəsin məlumat verməsini xahiş edib.
Bundan əvvəl Şimali Reyn-Vestfaliyada “Sparkasse Bank”ın iki filialı qarət edilib. Dekabrın 17-də Bonnda baş vermiş oğurluqla bağlı məlumat yalnız ayın sonunda açıqlanıb. “Sparkasse” filialında iki seyf sındırılıb və külli miqdarda qiymətli əşyalar, ilk növbədə qızıl oğurlanıb. Polis cinayətdə 22 yaşlı keçmiş bank işçisinin şübhəli bilindiyini açıqlayıb.
Dekabrın 29-da səhər saatlarında isə Gelzenkirhendəki “Sparkasse” filialının mühafizəsi içərisində nağd pul, qızıl və digər qiymətli əşyalar olan təxminən 3200 seyf qutusunun sındırıldığını aşkarlayıb. Oğrular bankın xəzinəsinə ona bitişik dayanacaqdan divarı sındıraraq daxil olublar.
“Bəzi məlumatlara görə, dəyən ziyan 100 milyon avronu keçə bilər. Bu quldurluq Almaniya tarixindəki ən böyük oğurluqlardan biri hesab olunur”,- “DW” yazır.
Yanvarın 1-də polis oğruların izinə düşmək üçün hələ də ciddi sübuta malik olmadığını etiraf edib.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta