
İranın Milli Polis Komandanlığı (FARAJA) ölkənin bəzi bölgələrində baş verən etiraz aksiyaları ilə bağlı rəsmi bəyanat yayıb.
Yeniavaz.com“Sepah Pasdaran” kanalına istinadən xəbər verir ki, bəyanatda etirazların bir qisminin dinc xarakterini itirərək mütəşəkkil və dağıdıcı iğtişaşlara çevrildiyi bildirilir.
Polis strukturlarına – qərargahlara, bölmələrə və şöbələrə edilən hücumların qəbuledilməz olduğu vurğulanıb.