AZ

ABŞ Venesuela ilə müharibəyə başladı - döyüşlər gedir

ABŞ Ordusu və Dəniz Piyadaları Korpusunun Xüsusi Təyinatlı Qüvvələri Venesuelaya qarşı quru əməliyyatlarında iştirak edir.

Venesuelanın paytaxtı Karakasda ordu ilə desant qüvvələri arasında atışma baş verib.

Karakasa hava zərbələri də davam edir. ABŞ aviasiyası Marakaya şəhərindəki El Libertador aviabazasına və Marqatiya adasındakı Venesuela hərbi bazalarına zərbələr endirib. 

Ölkə.az xəbər verir ki, Venesuela paytaxtı Karakasda ən azı yeddi partlayış baş verib və bir neçə təyyarə şəhər üzərindən uçub.

Karakasın cənubundakı böyük bir hərbi bazanın yaxınlığında baş verən partlayışlar elektrik kəsilməsinə səbəb olub.

Karakas şəhəri üzərində ABŞ-ın AH-64 Apache hücum helikopterlərini və CH-47 nəqliyyat helikopterlərinin uçduğu barədə məlumatlar var.

Karakasdakı Fort Tiuna aviabazası və Generalissimus Francisko de Miranda aviabazası da hücuma məruz qalıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə Venesuelada quru əməliyyatları vəd edib. Bu əməliyyatlara sanksiyaların genişləndirilməsi, ABŞ-ın bölgədəki hərbi mövcudluğunun artırılması və Sakit Okean və Karib dənizində narkotik qaçaqmalçılığında şübhəli bilinən gəmilərə 20-dən çox zərbə də daxildir.

Seçilən
115
4
olke.az

2Mənbələr