Bakı. Trend:
Kanada Qida Təftişi Agentliyi (CFIA) salmonella ilə çirklənməehtimalına görə bir sıra fıstıqlı şokolad məhsullarını geriçağırıb.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, geri çağırılan məhsullar arasında“Dubai Style” fıstıqlı şokoladı, “The Peace Maker Specialty Bar”,“Trans Canada Trail - Peace Seeker”, “Classic Box”, “ProudlyCanadian Box” və müxtəlif növ şokoladlar yer alır.
Agentlik vətəndaşlara xəbərdarlıq edərək, bu məhsullardanistifadə edən şəxslərin özlərini pis hiss etmələri halında məhsuluatmalarını və dərhal həkimə müraciət etmələrini tövsiyə edib.
Salmonella ilə çirklənmiş qidalar normal görünsə belə, ciddixəstəliklərə səbəb ola bilər. Simptomlara isə qızdırma, baş ağrısı,ürəkbulanma, qusma, qarın spazmı və ishal daxildir. Xüsusiləuşaqlar, hamilə qadınlar, yaşlılar və zəif immun sisteminə malikinsanlar risk qrupuna daxildir.