AZ

Trampın xəbərdarlığından sonra İran: repressiyalar güclənir

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ardıcıl yeddi gündür ki, İranın bir sıra şəhərləri, o cümlədən cənub-şərqdə yerləşən Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahedan şəhəri İslam Respublikasına qarşı etirazların mərkəzinə çevrilib.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, əvvəlcə rialın dollar və avroya qarşı sürətlə dəyər itirməsinə etiraz olaraq başlayan bu yeni hərəkat qısa müddətdə siyasi mahiyyət qazanaraq İslam Respublikasının sonunu tələb edən şüarlarla müşayiət olunub.

Etirazlar 28 dekabr 2025-ci ildə Tehran bazarındakı tacirlərin etiraz aksiyası ilə start götürüb və o vaxtdan bəri kiçik şəhərlərə də yayılaraq ölkənin ən imkansız və sosial cəhətdən marjinal təbəqələrini səfərbər edib. Hələ də dağınıq xarakter daşıyan və əhatə dairəsi məhdud olan etirazlar hazırda ölkənin ən azı 32 şəhərində qeydə alınır.

Əvvəlcə Tehran və Şiraz kimi böyük şəhərlərlə məhdudlaşan repressiya tədbirləri hərəkatın mərkəzdən uzaq bölgələrə yayılması ilə daha da sərtləşib. İran İnsan Hüquqları Mərkəzinin məlumatına görə, təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində azı səkkiz etirazçı öldürülüb. 15–37 yaş aralığında olan bu şəxslər Fars (cənub), Lorestan (qərb), İsfahan (mərkəz) və Çaharmahal-Bəxtiyari (cənub-qərb) əyalətlərində həyatlarını itiriblər.

HRANA – İran İnsan Hüquqları Müdafiəçiləri Statistika Mərkəzi bildirir ki, yanvarın 1-dək ən azı 119 vətəndaş həbs edilib, 33 nəfər yaralanıb. Təhlükəsizlik qüvvələrinin Fars, Lorestan, İsfahan və Çaharmahal-Bəxtiyari əyalətlərində əməliyyatları gücləndirdiyi bildirilir.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
bakivaxti.az

1Mənbələr