“Borussiya Dortmund”un futbolçusu Paskal Qros karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Apasport.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “Brayton”a transfer olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Bundesliqa təmsilçisi bu keçiddən 2 milyon avro gəlir əldə edəcək. Oyunçu ilə 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Almaniya millisinin üzvü olan Paskal Qros daha əvvəl 2017–2024-cü illərdə də “Brayton”un şərəfini qoruyub.
"Tottenhem"in hücumçusu "Fiorentina"da
İtaliya klubundan La Liqaya
"Qalatasaray" "Napoli"nin futbolçusu ilə maraqlanır
Millimizin üzvü "Beşiktaş" yolunda
“Barselona”nın futbolçusu “Portu”nun hədəfində