AZ

Azərbaycanda müntəzəm marşrut avtomobillərinə dair tələblər müəyyənləşib

Bakı. Trend:

"Avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılmasıüçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı xidmətigöstərəcək avtomobil nəqliyyatı vasitələrinə dair tələblər" təsdiqedilib.

Trend-inməlumatına görə, rəqəmsal inkişaf və nəqliyyat naziri RəşadNəbiyevin bununla bağlı müvafiq Qərarı 2026-cı il yanvarın 1-dənqüvvəyə minib.

Qərara əsasən, bu tələblər Bakı, Sumqayıt, Gəncə, Naxçıvan,Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarınıninzibati ərazilərində avtomobil nəqliyyatı vasitələri ilə müntəzəmsərnişin daşınmalarını həyata keçirən daşıyıcılarla avtomobilnəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəmmarşrutlar üzrə avtomobil nəqliyyatı xidməti göstərəcək avtomobilnəqliyyatı vasitələrinə (bundan sonra - avtomobil nəqliyyatıvasitələri) dair tələbləri müəyyən edəcək.

Avtomobil nəqliyyatı vasitələri aşağıdakı tələblərəcavab verməlidir.

konstruksiya, qurğu və avadanlıqlarüzrə:

  • "AYNA" informasiya sisteminə inteqrasiya edilən və real vaxtrejimində məlumat mübadiləsi aparan aşağıdakı qurğu vəavadanlıqlarla təchiz edilməlidir: qlobal mövqetəyinetmə sistemi(GPS); gediş haqqının elektron qaydada ödənilməsi üçün nəzərdətutulmuş ödəniş aləti; bort avadanlığı (avtomobil nəqliyyatıvasitələrinin daxilində quraşdırılmaqla, onların hərəkətini, idarəedilməsini, sərnişinlərin daşınmasını və gediş haqqınınödənilməsini monitorinq edərək mərkəzi dispetçer sisteminə ötürənqurğu); sərnişin sayğacı (avtomobil nəqliyyatı vasitələrinə minənvə düşən sərnişinlərin avtomatik sayılmasını həyata keçirənqurğu).
  • sıxılmış təbii qazla işləyən mühərriklə və dizel mühərriki ilətəchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin yürüş həddi1.000.000 km-dən, elektrik mühərriki ilə təchiz edilmiş avtomobilnəqliyyatı vasitələrinin yürüş həddi 1.200.000 km-dən artıqolmamalıdır;
  • dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılıştarixindən 15 ildən artıq müddətin keçməməlidir;
  • elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatıvasitələrinin təkrar doldurula bilən və ya əvəz oluna bilənbatareyalarla təmin olunmalıdır;
  • avtomobil nəqliyyatı vasitələrinin konstruksiyasında banınaşağı döşəməli (şəhərətrafı və qəsəbələrarası müntəzəm marşrutlardaavtomobil yollarının faktiki vəziyyəti aşağı döşəməli avtobuslarınistismarına imkan vermədiyi hallar istisna olmaqla), eləcə də banınsəthinin əlilliyi olan şəxslərin təkərli oturacaqlarının və uşaqarabalarının rahat hərəkətinin təmin edilməsi üçün hamarolmalıdır;
  • əlilliyi olan şəxslərin təkərli oturacaqlarının və uşaqarabalarının avtomobil nəqliyyatı vasitələrinə daxil olması üçünmexaniki və ya avtomatik üsulla açılan pandusun olmalıdır(şəhərətrafı və qəsəbələrarası müntəzəm marşrutlarda istismarıolunan hündür döşəməli avtomobil nəqliyyatı vasitələri istisnaolmaqla);
  • ikinci sərnişin qapısının xarici hissəsində və əlilliyi olanşəxslərin təkərli oturacaqları üçün xüsusi işarələnmiş yerlərdəsürücüyə məlumat vermək üçün düymənin olması, habelə təhlükəsizliyitəmin etmək üçün həmin xüsusi işarələnmiş yerlərdə yumşaqmaterialdan arxalığın quraşdırılması və təkərli oturacaqlarınsabitlənməsi üçün qoşalaşmış təhlükəsizlik kəməri olmalıdır;
  • salonun içərisində görmə və eşitmə pozuntusu (məhdudiyyəti)olan şəxslərin növbəti dayanacaq məntəqəsi barədəməlumatlandırılması üçün monitor və səs sistemi olmalıdır;
  • sıxılmış təbii qazla işləyən mühərriklə və elektrik mühərrikiilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələri üçünyanğınsöndürmə sisteminin avtomatik olaraq aktivləşdirilməsifunksiyasının, habelə işıq və səs ilə müşayiət olun "yanğınxəbərdarlığı" sistemi olmalıdır;
  • sıxılmış təbii qazla işləyən mühərriklə və elektrik mühərrikiilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin texnikivəziyyəti barədə məlumatın bort avadanlığına real vaxt rejimindəötürülməsini təmin edən sistemi olmalıdır;
  • sürücünün sərnişin qapılarının vəziyyəti haqqındaməlumatlandırılması sisteminin və qapılara ən yaxın tutacaqlardadüşmə düyməsinin olması, habelə düşmə düyməsi basılan zaman sürücüpanelindəki həmin qapını göstərən düymə yanıb-sönməli və qapıaçılana qədər səs siqnalı verməlidir;
  • sərnişin qapılarının sıxılmaya qarşı həssaslıq sensorları ilətəchiz edilməlidir;
  • avtomobil nəqliyyatı vasitələrinin daxilində və xaricində qəzavəziyyətində hər bir sərnişin qapısının açılması üçün quraşdırılanqəza açarı olmalı, habelə qəza vəziyyətində qapıların əl iləaçılması mümkün olmalıdır.

normativ hüquqi aktlar üzrə:

  • "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan RespublikasıQanununun 6-cı maddəsində qeyd edilən tələblərə;
  • Azərbaycan Respublikasının 2002-ci il 12 fevral tarixli 261-IIQnömrəli Qanunu ilə qoşulduğu "Təkərli nəqliyyat vasitələri, təkərlinəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunanavadanlıq və hissələr üçün vahid texniki qaydaların və bu qaydalarəsasında verilən razılıqların qarşılıqlı şəkildə tanınmaşərtlərinin qəbul edilməsi haqqında Müqavilə"nin tələblərinə uyğunolaraq müəyyən edilmiş M2 və M3 kateqoriyasına və birinci sinifə(avtomobil nəqliyyatı vasitələrinin konstruksiyasında sərnişinlərinayaq üstə dayanması və sərbəst hərəkəti üçün yerlərin nəzərdətutulması) aid olması ilə bağlı tələblərə;
  • "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinintəkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" AzərbaycanRespublikası Prezidentinin 2025-ci il 19 sentyabr tarixli 497nömrəli Fərmanının 2.3-cü bəndində qeyd edilən tələblərə;
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 marttarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müntəzəm və taksiminik avtomobili ilə sərnişin daşımalarında istifadə olunanavtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xaricitərtibatına dair tələblər"ə;

Məlumat üçün bildirək ki, qərar 2025-ci il oktyabrın 30-daqəbul edilib, noyabrın 6-da Hüquqi Aktların Dövlət Reyestrinə daxiledilib, 2026-cı il yanvarın 1-dən qüvvəyəminib.

Seçilən
107
15
az.trend.az

10Mənbələr