Bakı. Trend:
Dekabrın 23-də Vankuverdən Dehliyə yola düşməli olan "Air India"reysi son anda gecikib. Buna səbəb təyin olunmuş pilotun spirtliiçki təsiri altında olması olub. Təyyarəni idarə etmək üçünalternativ pilot gətirilib.
Trend xariciKİV-ə istinadla xəbər verir ki, bu barədə Hindistanın "Air India"şirkəti məlumat yayıb.
Məlumata görə, pilot Vankuver Beynəlxalq Hava Limanında iki dəfəalkotesterdən keçirilib və nəticələr onun işə yararsız olduğunutəsdiqləyib.
"Air India" həmin pilotun istintaq müddətində uçuşvəzifələrindən kənarlaşdırıldığını açıqlayıb: “Şirkətimiz qayda vəqanun pozuntularına qarşı sıfır dözümlülük siyasəti tətbiq edir.İstintaq nəticəsində hər hansı pozuntu təsdiqlənərsə, ciddi intizamtədbirləri görüləcək”.
Qeyd edək ki, sözügedən reys 344 sərnişin tutumuna malik Boeing777 təyyarəsi olub.