Fransada 15 yaşdan aşağı uşaqlara sosial şəbəkələrə giriş qadağan edilir
Fransa hökuməti bu ilin sentyabrından etibarən 15 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkələrdən istifadəyə tam qadağa tətbiq etməyi planlaşdırır. "The Guardian" nəşrinin yazdığına görə, müvafiq qanun layihəsi artıq hazırlanıb və yaxın günlərdə Fransanın Dövlət Şurasına hüquqi ekspertiza üçün təqdim ediləcək. Təşəbbüs birbaşa prezident Emmanuel Makron tərəfindən irəli sürülüb. Qanun layihəsi yalnız sosial şəbəkələrə məhdudiyyətlə kifayətlənmir. Sənəd məktəblərdə mobil telefonlardan istifadəyə dair mövcud qadağanın genişləndirilməsini də nəzərdə tutur. Mətləb