AZ

Dəhşətli zəlzələ: binalar beşik kimi yellənir – ANBAAN VİDEO

Xəbər verdiyimiz kimi, yanvarın 2-də Meksikada 6,5 bal gücündə zəlzələ baş verib.

NOCOMMENT.az xəbər verir ki, yeraltı təkanların episentri Qerrero ştatında San-Markos şəhərindən 15 kilometr cənub-qərbdə yerləşib, ocaq təxminən 10 kilometr dərinlikdə qeydə alınıb.

Paytaxt Mexikoda baş verən zəlzələ nəticəsində 12 nəfər xəsarət alıb.

Meksikada baş verən güclü zəlzələdən sonra seysmoloqlar 900-dən çox afterşok qeydə alıblar. Seysmoloqlar ən güclü afterşokun 4.7 bal gücündə olduğunu bildiriblər.

Qeyd edək ki, Meksika prezidenti Klaudia Şeynbaum gündəlik mətbuat konfransını zəlzələ ilə bağlı xəbərdarlıq sisteminin işə düşməsi səbəbilə yarımçıq dayandırmaq məcburiyyətində qalıb.

Zəlzələ anını əks etdirən görüntüləri təqdim edirik:

Seçilən
50
nocomment.az

1Mənbələr