Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Nyu-Yorkun ilk müsəlman meri Zöhran Mamdani vəzifəsinin ilk günündə şəhərin sabiq meri Erik Adams tərəfindən İsrailə dəstək məqsədilə imzalanmış bəzi qərarnamələri ləğv edib.
"Cebheinfo.az" “The New York Times" qəzetinə istinadən xəbər verir ki, Zöhran Mamdani dünən and içərək vəzifəyə başladıqdan dərhal sonra əvvəlki dövrdə atılmış bəzi addımlara qarşı tədbirlər görüb.
Zöhran Mamdani imzaladığı qərarnamə ilə Erik Adamsın 2024-cü ilin sentyabrından etibarən, yəni korrupsiya ilə ittiham olunduğu tarixdən sonra qüvvəyə mindirdiyi bütün qərarnamələri etibarsız elan edib.
Ləğv edilən qərarnamələr arasında Erik Adamsın səlahiyyətindən İsrailə dəstək məqsədilə istifadə etdiyi sənədlər də var.
Bunların arasında ötən ay imzalanmış bir qərarnamə şəhərdəki qurumların İsraili boykot etməsini və ya İsraildəki sərmayələrini geri çəkməsini qadağan edirdi.
Erik Adamsın 2025-ci ilin iyununda imzaladığı digər bir qərarnamə isə antisemitizm anlayışının İsrailə yönəlmiş müəyyən tənqid növlərini də əhatə edəcək şəkildə genişləndirilməsini nəzərdə tuturdu.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.