AZ

Vernidubun müqaviləsində diqqətçəkən bənd: Rusiya klublarına qadağa

Ukraynalı mütəxəssis Yuri Vernidubun “Neftçi”nin baş məşqçisi təyin olunması ilə bağlı maraqlı detal məlum olub.

İdmanxeber.az-ın məlumatına görə, Vernidubun Bakı klubu ilə müqaviləsində xüsusi bənd yer alıb.

Həmin bəndə əsasən, baş məşqçinin səlahiyyətinə daxil olan bütün məsələlərdə Rusiya klubları ilə hər hansı əməkdaşlıq qadağandır. Bu məhdudiyyət transferlərə və Rusiya komandaları ilə mümkün yoldaşlıq oyunlarına da şamil olunur.

Vernidubun rəhbərliyi dövründə “Neftçi” Rusiya klubları ilə yoxlama oyunu keçirməyəcək və bu ölkədən futbolçu transfer etməyəcək.

Qeyd edək ki, daha əvvəl “Neftçi”nin Vernidub və onun köməkçilərinin ölkədən çıxışı üçün Ukraynanın müvafiq qurumlarına müraciət etdiyi və bunun müsbət nəticələndiyi bildirilmişdi.

Seçilən
99
idmanxeber.az

1Mənbələr