AZ

Aygün Abasova vəfat etdi – FOTO

Azərbaycan Milli Xalça Muzeyinin Mədəniyyət və təhsil şöbəsinin müdiri Aygün Abasova vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə Muzeyin sosial şəbəkə hesabında məlumat verilib.

Aygün Abasova yanvarın 1-də, 57 yaşında vəfat edib.

Qeyd edək ki, A.Abasova 1986-cı ildən etibarən Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət muzeyində çalışmağa başlayıb. Muzey sahəsində peşəkar fəaliyyətinə görə 2017-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.


Bizim.Media

Seçilən
133
11
bizim.media

10Mənbələr