''Quql'' həmişəki kimi ilin sonunda müxtəlif ölkələrə dair göstəriciləri paylaşıb.
"Football-plus.az" xəbər verir ki, Türkiyədə 2025-ci ildə internetdə ən çox axtarışa verilən 10 nəfər bəlli olub.
Maraqlıdı ki, 10 nəfərdən 8-i idman dünyasındandı. Siyahıda idmanla əlaqəsi olmayan cəmi 2 nəfər var. Bunlar Fatih Ürək və Sevil Akdağdı. Bir müddət öncə infarkt keçirən türkiyəli müğənni və aktyor Fatih Ürək 2-ci, bu il öz tanışı Elif Kıravı bıçaqlayaraq öldürən tanınmış aktrisa Sevil Akdağ 8-ci pillədə qərarlaşıb.
İlk ''10-luq''da yer alan digər isimlərə gəlincə, ''Fənərbaxça'' karyerası cəmi 6 ay çəkən Dieqo Karlos 10-cu pillədə, ''Qalatasaray''a ikinci dəfə gələn Mario Lemina 9-cu pillədə, ''Hyuston'' ilə 185 milyon dollarlıq müqavilə imzalayaraq Türkiyə tarixinin ən çox qazanan idmançısına çevrilən, Türkiyənin MBA-dakı qüruru Alperen Şengün 7-ci pillədə, ''Mançester Siti''dən ayrılaraq yayda ''Fənər''ə gələn ünlü braziliyalı qapıçı Ederson 6-cı pillədə, illərdi Türkiyəyə geri dönüşü gözlənilən və yalnız 2025-in əvvəllərində ''Fənər''ə gələn Anderson Talişka 5-ci pillədə, ''Bavariya''dan ayrılaraq ''Qalatasaray''a gəlməyə üstünlük verən almaniyalı ulduz Leroy Sane 4-cü pillədə, sentyabrda Əli Koça qalib gəlməklə ''Fənər''in yeni prezidenti Sadəttin Saran 3-cü pillədə qərarlaşıb.
Lider isə təbii ki, Viktor Osimhendi. ''Qalatasaray''da qalıb-qalmayacağı böyük müzakirələrə səbəb olan və sonda rekord məbləğə ''Napoli''dən alınan nigeriyalı forvard 2025-ci ildə Türkiyədə ''quql''da ən çox axtarışa verilən isim oldu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta