AZ

AHİK uşaqlar üçün bayram şənlikləri təşkil edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 31 Dekabr -Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətiləpaytaxt Bakıda gələcəyimiz olan uşaqlar üçün silsilə bayramşənlikləri keçirib.

Bu barədə Trend-ə AHİK-dən məlumat verilib.

Bildirilib ki uşaqların asudə vaxtının mənalı və maraqlı keçməsiməqsədilə təşkil edilən bayram tədbirləri balacalara xoş ovqat vəunudulmaz xatirələr bəxş edir.

Zövqlə, al-əlvan işıqlarla və Yeni il atributları ilə bəzədilmişşənlik məkanlarında xüsusi tərtibatda hazırlanan proqramlaruşaqların böyük marağına səbəb olub. Şaxta baba və Qar qızın səmimizarafatları, uşaqlarla birlikdə yolka ətrafında rəqs etməsibalacalara sevinc bəxş edib.

Rəngarəng musiqi nömrələri, maraqlı səhnəciklər uşaqların bayraməhval-ruhiyyəsini daha da yüksəldib, azyaşlılar, xüsusilə dəşəhidlərimizin bizə əmanət qoyduğu balacalar qayğı dolu mühitdəkönüllərincə əylənib, sevincli anlar yaşayıblar.

Qeyd edək ki, Azərbaycan həmkarlar ittifaqları tərəfindənölkəmizin müxtəlif şəhər və rayonlarında yerləşən uşaq evlərində,internat məktəblərində kimsəsiz və valideyn himayəsindən məhrumolan uşaqlar üçün də şənliklər təşkil edilir.

AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
Məqalədə:
Seçilən
60
8
az.trend.az

10Mənbələr