AZ

İranda etirazçılar silahlanır | VİDEO

AzVision.az xəbər verir ki, İran mediasının və yerli ictimai qrupların məlumatlara görə, ölkəin qərbindəki İlam vilayətinin Sarablah şəhərində kiçik, lakin yaxşı təşkilatlanmış və təchiz edilmiş silahlı dəstələr aşkarlanıb. İnternetdə yayılan görüntülərdə ov tüfəngi və Kalaşnikov avtomatı ilə silahlanmış insanlar görünür.

“Etirazçılar yolları bağlayır, hökumət əleyhinə şüarlar səsləndirir, silahlı qruplarla toqquşurlar. Buşehr və Lorestan əyalətlərində dövlət bayraqlarının cıxarılması və cırılması halları qeydə alınıb”, - xəbərlərdə vurğulanır.

Bir sıra regionlarda vəziyyət gərgin olaraq qalsa da, bununla bağlı hökumət hələlik rəsmi açıqlama verməyib. Sosial şəbəkələrdə yayılan videolarda pulemyotdan atəş açıldığı ehtimal edilir. Hazırda bu görüntülərin həqiqiliyinə dair rəsmi təsdiq yoxdur.

Bundan əvvəl İran polisi asayişi pozanlara qarşı qəti addımlar atacağına söz verib.

- Polis İdarəsi özünü xalqla bir hesab edir və vətəndaşların qanun çərçivəsində tələblərini bildirmək hüququnu tanıyır, lakin ictimai təhlükəsizlik məsələlərində güzəştə getməyə imkan verməyəcək”, - Lorestan vilayəti polisinin rəhbəri Möhəmməd Reza Haşemifar deyib.




“İşimizə qarışan əli kəsərik!” –İran rəsmiləri Trampa cavab verdilər
Onun sözlərinə görə, ictimai asayişi pozanların və ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş hərəkatlarla əlaqəli olanların sakitlik dövrü başa çatıb. Bundan sonra hər hansı bir toplaşma, iğtişaş və ya qanunsuz hərəkətə xalqın xidmətçiləri tərəfindən qəti, qanuni və təmkinli cavab veriləcək. Başqalarının əmlakına ziyan vurmaq, iğtişaşlar törətmək, polis bölmələrinə hücum etmək kimi hərəkətlər heç vaxt diqqətdən kənarda qalmamalıdır.

Xatırladaq ki, iki günlük nisbi sakitlikdən sonra Tehranda yenidən etirazlar başlayıb. Yanvarın 2-də axşam saatlarında nümayişçilər Tehranın şərqindəki Tehranpars və Həft Xouz rayonlarının, eləcə də şəhərin qərbindəki Əryaşəhr (Sadegieh) küçələrinə çıxıblar. Etirazçılar ölkənin ali rəhbərliyini tənqid edən şüarlar səsləndiriblər.

ABŞ prezidenti Donald Tramp, öz növbəsində, sosial şəbəkədə etdiyi paylaşımda bilirib ki, əgər İran hökuməti adətinə uyğun olaraq, dinc etirazçıları öldürsə, Birləşmiş Ştatlar onların köməyinə gələcək.

Bu iddianın cavabında İranın Ali dini liderinin müşaviri Əli Şamxani ölkənin daxili işlərinə müdaxilə etməyə çalışan əllərin kəsiləcəyini açıqlayıb.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
119
47
azvision.az

10Mənbələr