AZ

NAZİR: “Artıq başa düşdük ki, onlar bizi üstələyir”

“Azərbaycanda uşaqlar üçün 3 beynəlxalq turnir təşkil etmişik”.

Sportinfo.az xəbər verir ki, bu sözlər gənclər və idman naziri Fərid Qayıbova aiddir.

O, ölkədə keçirilən beynəlxalq yarışlardan danışıb:

“Sonuncusu Qubada reallaşdı. Əfsuslar olsun ki, Özbəkistanın 15 yaşlılardan ibarət komandası bizim klublara qalib gəldi.

Artıq başa düşdük ki, özbək futbolu 15 yaşlılar arasında bizi üstələyir.Digər yarışda Belarusun U-15 komandası qalib gəldi.

Amma görürük ki, yarışdan-yarışa artım hiss olunur. Uşaqlara təcrübə lazımdır.

Ona görə də daimi olaraq beynəlxalq yarışlara getməlidirlər. Belədə bizdə də futbolçular yetişməyə başlayacaq”.

Seçilən
35
sportinfo.az

1Mənbələr