AZ

Legioner sevgisi dövrənin fərqlənənləri

futbolpress-az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Premyer Liqasının dəyəri 125.95 milyon avrodur.

Futbolpress.az-ın məlumatına görə, 12 komandaları yarışda oyunçuların ortalama dəyəri 409 min avrodur. Çempionatın yaş ortalaması isə 26.8-dir.

Premyer Liqada oyunçuların əksəri əcnəbidir. Klublar legioner limitinin ləğvindən sonra üstünlüyü əcnəbilərə verib. Çempionatdakı futbolçuların 51.9 faizi məhz legionerlərdir.

I dövrədə ən çox oyun keçirən futbolçuların “beşliy”ində məhz legionerlər qərarlaşıb. “Sabah”dan Stiv Solvet, Stas Pokatilov, “Zirə”dən Ruan Renato, “Neftçi”dən Kenan Piriç və “Şamaxı”dan Rikardo Fernandesdir.

Pemyer Liqada yaşı 21-ə qədər olan futbolçular arasında ən çox şans qazanan isə “Şamaxı”nın müdafiəçisi Rüfət Abbasovdur. 20 yaşlı cinah oyunçusu 16 matçda 1423 dəqiqə meydanda olub. İkinci sırada “Sabah”dan Umaralı Rahmonaliyevdir. “Üçlüy”ü “Qəbələ”dən Şahin Şahniyarov tamamlayır.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
futbolpress.az

1Mənbələr