Bakı. Trend:
İranın Xuzistan əyalətinin Şuştar şəhərində polis əməkdaşlarıbir qrup etirazçını saxlayıb və onlardan odlu silah və bıçaqlısilahlar müsadirə edib.
Trend-in məlumatına görə, bu barədə vilayətin polis rəisi FərşadKazemi deyib.
"Hüquq-mühafizə orqanları əməkdaşlarının sayıqlığı və vaxtındagörülən tədbirləri sayəsində bir neçə qayda pozucusu müəyyənedilərək saxlanılıb, həmçinin onlardan bir ədəd Colt tapançası, 12ədəd soyuq silah və bir ədəd daraq tapılıb", - deyə o bildirib.
F.Kazemi vətəndaşları cinayətkarların əhali arasında nifaqsalmaq və ölkədə iğtişaş yaratmaq cəhdlərinə qarşı ayıq-sayıqolmağa çağırıb.