AZ

İran XİN Trampın etirazçılara kömək etməsi ilə bağlı açıqlamaları pisləyib

Bakı. Trend:

İran Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampınİrandakı etirazçılara "Amerika yardımı" ilə bağlı açıqlamalarınıBMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinin kobudşəkildə pozulması adlandırıb.

Trend-in məlumatına görə, bu barədə nazirliyin bəyanatındabildirilib.

Nazirlik qeyd edib ki, bu cür "məsuliyyətsiz mövqe" "Amerikanınİran xalqına qarşı qorxutma və qanunsuz yanaşmasının davamıdır","Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və ölkələrin millisuverenliyinə hörmətlə bağlı beynəlxalq hüququn fundamental prinsipvə normalarının kobud şəkildə pozulmasıdır" və "İran vətəndaşlarınaqarşı zorakılığa və terrorizmə təhrik" kimi qiymətləndirilir.

İran XİN BMT Təhlükəsizlik Şurasının və təşkilatın Baş katibininbeynəlxalq sülhü və təhlükəsizliyi ABŞ-nin "hərbibirtərəfliliyindən" qorumaq öhdəliyini xatırlayıb.

Seçilən
104
1
az.trend.az

2Mənbələr