AZ

Koreya Respublikası tarixində ən böyük ixracat qeydə alınıb

Bakı, 3 yanvar, AZƏRTAC

2025-ci ildə Koreya Respublikası tarixində ən böyük ixracat qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Sənaye və Ticarət Nazirliyi məlumat yayıb. Bildirilir ki, 2025-ci ildə ölkədən 700 milyard dollarlıq mal və xidmət ixrac edilib. Bu da rəsmi statistikanın aparılmağa başladığı 1948-ci ildən indiyədək ən yüksək göstəricidir.

Ölkə hesabat dövründə avtomobil ixracında da rekord göstərici əldə edib. Ötən il Asiyanın dördüncü ölkəsi 72 milyard dollarlıq avtomobil ixrac edib.

Seçilən
133
3
azertag.az

4Mənbələr